|
Hanı dediyim bəy
ərənlər,
Dünya mənim deyənlər!
Əcəl aldı, yer gizlədi
Fani dunya kimə qaldı?
Dədə Qorqud
Azərbaycan türklərinin mifologiya və folklor aləminə xoş gəlmisiniz!
Müasir dünyanın informasiya aləmində Yer
kürəsinin çoxsaylı xalqları çalışırlar
ki, ulu əcdadlarından yadigar qalanlar, əsrlər
boyu təcrübə yolu ilə əldə edilənlər,
xüsusilə mədəni-ədəbi sərvətlər
itib-batmasın və bəşər övladının
gələcək nəsillərinə dolğun şəkildə
çatdırılsın. Gənc müstəqil respublikamız
bütün beynəlxalq qrumlarda təmsil olunur, dünyanın
mədəni ölkələri ilə əlaqələr
qurur, Yer kürrəsində baş verən qlobal
proseslərdən kənarda qalmır. Məhz bu layihənin
də əsas məqsədi Azərbaycan xalqının
mənəvi mədəniyyəti, xüsusilə
ilkin dünyagörüşü – mifologiyası,
mərasimləri, adət-ənənələri,
folkloru, yazılı abidələri, dili və dövlətçilik
tarixi haqqında həqiqətləri dünyaya yaymaqdır.
Miflərin və folklor materiallarının əksəriyyəti
ilk dəfə ictimaiyyətin diqqətinə çatdırılır.
Eləcə də represiya illərində yazıya
alınmış 40-a yaxın klassik aşığın
şerləri və dastanlarının mətni arxivlərdən
tapılaraq sizlərə təqdim olunur. «Azmif.net»
saytı ayrı-ayrı tarixi mərhələləri
əks etdirən bir neçə böyük bölmədən
ibarətdir və qədim Azərbaycan türklərinin
mənəvi aləminə səhayətə çıxmaq
istəyənlərə bələdçilik edəcək.
İnanırıq ki, bizə qoşulanlar yorulmayacaqlar,
ulu bir soyun yaradıcılıq emalatxanasından çıxan
bədii söz inciləri, bir-birindən seçilən
obrazlar, əhvalatlar, maraqlı təsvirlərlə
rastlaşacaq, bir çox gizli sirlərin açarını
tapacaq və ulu ərənlərimizin müdrikliyi,
humanistliyi, işgüzarlığı, sənətsevərliyi,
istedadı qarşısında heyran qalacaqlar…
|